Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Yeni Layihələr

Gəncə zamanın tələbinə uyğun müasir üslublu yeni layihələri ilə inkişaf etməkdədir.

Ana səhifə » Bələdiyyələr » Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbə bələdiyyəsi

Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbə bələdiyyəsi

Hacikend
Ünvan: Gəncə şəhəri, Kəpəz rayonu Hacıkənd qəsəbəsi Azərbaycan küçəsi bina-34-AZ 2523
Telefon: +994.22.258.70.03
Qaynar Xətt: (022)-258-70-03
Rəhbərin adı: Hüseynov Kərim

Hacıkənd qəsəbəsinin ərazisi: (107.0 ha) -1.070.000.kv.m-dir.
Əhalisinin sayı: -489 nəfər.
Qəsəbədə 5-küçə və iki dalan yerləşir.
Bələdiyyə üzvü -5-nəfərdir.
Bələdiyyə qulluqçularının sayı 4-nəfər.

 

Azərbaycan Respublikasında Yerli Özünüidarəetmə - Bələdiyyələrin yaranması Ümummilli Liderimiz - Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının dördünçü bölməsi Yerli özünüidarəetməyə- Bələdiyyələrə həsr olunaraq, özünün hüquqi statusunu almışdır.
1999-cu il 12 dekabrda Azərbaycanda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi. Gəncə şəhərinin qəsəbəsi olan Hacıkənd qəsəbəsində də Bələdiyyə yaradıldı.

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə və Mərkəzi Seçki Komissiyasının 11 yanvar 2010-cu il tarixli qərarına əsasən növbəti dəfə 2009-cu ilin dekabr ayının 23-də keçirilən seçkilərdə Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbə bələdiyyəsinə 5 nəfər bələdiyyə üzvü seçilmişdir.

Bələdiyyədə 5 daimi komissiya fəaliyyət göstərir:

  • Büdcə məsələləri daimi komissiyası
  • İqtisad inkişaf məsələləri daimi komissiyası
  • Hüquq məsələləri daimi komissiyası
  • Yerli-sosial məsələləri daimi komissiyası
  • Ekologiya məsələləri daimi komissiyası.

Yeni tərkibdə seçilmiş Hacıkənd qəsəbə bələdiyyəsi 26 yanvar 2010- cu il tarixdən fəaliyyətə başladı.
Hacıkənd qəsəbə bələdiyyəsi öz fəaliyyəti dövründə qəsəbənin müxtəlif ünvanlarında abadlıq işləri aparmış, aztəminatlı qəsəbə sakinlərinə müxtəlif ünvanlı maddi yardımlar göstərmişdir.
Abadlıq işləri:

  • Azərbaycan küçəsi,
  • Göygöl küçəsində,
  • Kəpəz küçəsi,
  • H.Zeynəlabdin adına parkda,

Qəsəbənin daxili yollarında çınqıllama işləri görülmüşdür. Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmış, onlara qanun çərçivəsində cavab verilmişdir.
Qəsəbənin məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsində daima iştirak etmiş, dislokasiyaya uyğun həyət evlərindən hər ay 50-55- m3 məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi bələdiyyə tərəfindən icra edilmişdir.

Eyni zamanda bələdiyyə Yerli büdcəsinin əsasını təşkil edən əmlak və torpaq vergilərinin yığılması işini ardıcıl surətdə həyata keçirir.
Növbəti illərdə bələdiyyə tərəfindən “Bir bələdiyyə, azı bir layihə” adı altında əsasən aşağıdakı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
cümlədən:

  • Azərbaycan küçəsi 35 saylı ünvanda uşaqların və qocaların istirahəti üçün əyləncə meydançasının təşkili-250m2.
  • Azərbaycaç,Kəpəz,Göygöl,Şəhərcik və Bakı küçələrindən və fərdi yaşayış evlərinin həyətlərindən məişət tullantılarının daşınması- 500 m3
  • “Novruz”, “Qurban”.”Ramazan” bayramları münasibəti ilə qəsəbənin az təminatlı, Şəhid ailələri və digər təbəqədən olan sakinlərinə maddi yardım- 30 nəfər.

Hacıkənd qəsəbə Bələdiyyəsinin məqsədi öz fəaliyyətində daima vətəndaşlara yüksək səviyyədə xidmət etməkdir.

Üzvlər

  • Hüseynov Kərim Məhəmməd oğlu-bələdiyyə sədri
    Telefon : (022) 258-70-33
    Mob: 050-640-49-07
  • Qurbanova Tahirə Nəsib qızı-Ekologiya məsələləri daimi komissiyası sədri
    Telefon : (022) 258-71-48
  • Hüseynov Heybət Əmirvar oğlu-Yerli-sosial məsələləri daimi komissiyası sədri
    Telefon : (022) 258-71-47
  • Rüstəmova Ceyunə Səyyad qızı- Büdcə və İqtisad inkişaf məsələləri daimi komissiyası sədri
  • Qocayev Rauf Qoca oğlu -Hüquq məsələləri daimi komissiyası sədri

Qəbul günləri

Hacıkənd qəsəbə bələdiyyəsində qəbul günləri hər həftənin 5-ci günü saat 1500-dan-1730-kimi aparılır.