Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Gencler » Qeyri Hökümət Təşkilatları

Qeyri Hökümət Təşkilatları

XXI əsrdə artıq dünyanın inkişaf etmiş ölkələrində Qeyri Hökümət Təşkilatları vətəndaş cəmiyyətinin quruculuğunda aparıcı rol oynayır və cəmiyyətin bir çox problemlərinin həllində insanlara dəstək olur. Azərbaycanda da həm yerli, həm də beynəlxalq QHT-lər uzun illərdir ki fəaliyyət göstərir.

Cəmiyyətdə insanların sosial həyatındakı yaxşı mənalı dəyişikliyə və ictimai həyatdakı fəallığa etdiyi köməkliyə görə ölkədə həm QHT təşkilatlarına həm də fərdi ictimaiyyətçi gənclərə və təşəbbüs qruplarına dövlət dəstəyi göstərilir.

Hər il Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dəstək Şurası və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu müxtəlif tipli layhələr üçün 7 milyon manatdan çox qrant verir. Gəncə şəhərində də belə QHT-lər illərdir ki, fəaliyyət göstərirlər və hər il şəhərdə əhali üçün çoxlu sayda böyük və kiçik miqyaslı sosial işlər və ictimai tədbirlər həyata keçirirlər.