Səhiyyə Ocaqları

"Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir".

Heydər Əliyev 

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Mədəniyyət

Mədəniyyət

Hər bir xalqı onun mədəni irsinə görə tanıyır və qiymətləndirirlər. Dünya Azərbaycan xalqının şərq irsli və özünəməxsusluğu ilə seçilən mədəniyyətini yüksək dəyərləndirir.

Azərbaycanın bütün bölgələrində olduğu kimi Gəncə şəhərində də bu zəngin mədəniyyət özünü isbat edir. Çoxlu sayda mədəniyyət ocaqları, yenidən inşa edilən qədim şərq üslublu mədəniyyət mərkəzləri, müasir parklar, qorunan tarixi abidələr, musiqi zənginliyi, rəngarəng rəqslər, ləziz mətbəxt, dünya şöhrətli incəsənət inciləri və özünəməxsus adət ənənələri bu diyarın necə dəyərli mədəniyyətə məxsus olduğunu və onu necə qoruyub inkişaf etdirdiyini göstərir. Bu zənginliyi və inkişafı dünya xalqlarına nümayiş etdirmək üçün hər il Gəncə şəhərində bir neçə beynəlxalq mədəni festifallar, sərgilər, elmi konfranslar və iri miqyaslı şəhər tədbirləri təşkil edilir.