Ana səhifə » Mədəniyyət » Mədəniyyət Ocaqları » Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar Bölməsi

Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar Bölməsi

Ünvan: Gəncə şəhəri, Ayna Sultanova 2
Telefon: +994.22.256.03.85
Rəhbərin adı: Məmmədov Alim

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsi “Qızıl qələmlər” ədəbi cəmiyyətinin 1927-28-ci illərdə Gəncədə təşəkkür tapan özəyi əsasında meydana gəlmişdir.

Bölmə Azərbaycan Yazıçılar Birliyinin 1934-cü ildə təsis edilməsi ilə bir vaxtda filial kimi fəaliyyətə başlamışdır. Hazırda Gəncə bölməsinin ətrafında 30 nəfər Azərbaycan Yazıçılar Birliyinin üzvü birləşir, ümumən 100 nəfərə yaxın müxtəlif nəsillərdən olan qələm sahibi bölmə ilə yaradıcılıq əlaqəsi saxlayır.