Ana səhifə » Mədəniyyət » Mədəniyyət Ocaqları » Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu

Ünvan: Gəncə şəhəri, Məmməd Xələfov, 18 İnzibati bina
Telefon: +994.22.265.05.90
Rəhbərin adı: Tağıyev Fariz
Rəhbərin email ünvanı: gdtmq(AT)mail.az

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Qədim Gəncə ərazisinin tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə yaradılmışdır.

Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur.

Qoruq 1988-ci ildə yaradılsa da fəaliyyətə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin əmri ilə 1989-cu il 23 yanvar tarixindən başlamışdır. Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunda; rəhbər heyət, fond şöbəsi, elmi-tədqiqat şöbəsi, kütləvi ekskursiya şöbəsi və texniki heyət fəaliyyət göstərir.

IV qrup dərəcəsi ilə fəaliyyətə başlayan Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunun Azərbaycanın qədim tarixinin, tarix və mədəniyyət abidələrinin qorunmasında, onların təbliğində aparılan kütləvi iş fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəyərləndirilmiş və buna görə də 1990-cı ildə III, 1997-ci ildə II, 2002-ci ildə isə I qrup dərəcəsinə layiq görülmüşdür.