Ana səhifə » Mədəniyyət » Mədəniyyət Ocaqları » Nizami Gəncəvi Məqbərəsi

Nizami Gəncəvi Məqbərəsi

5
Ünvan: Gəncə şəhəri, Gəncə- Yevlax şossesi
Rəhbərin adı: İsmayılova Gülnarə

Dünya ədəbiyyatı korifeyi, azərbaycanlı İlyas Yusif oglu Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olmuş, 1209-cu ildə Gəncədə vəfat etmiş, özünün məşhur «Xəmsə»sini yaratmışdır.

Onun qəbri üzərində türbə qədimdən tikilmişdir. İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Hal-hazırkı məqbərə isə 1990-91-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilmişdir.

Mərkəzi xiyabanın uzunluğu 125 m, eni 40 m, məqbərənin hündürlüyü isə 20,9 m-dir.