Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Şəkərbura

10 1

Tərkibi

Əla növ buğda unu – 240 qr, ərinmiş yağ – 60 qr, üzlü süd – 80 q, yumurta – 1əd, maya – 8 qr, təmizlənmiş badam və ya fındıq – 200 qr, şəkər tozu – 200 qr, hil – 0,4 qr, duz.

Hazırlanması

Süd 30-35 dərəcəyə qədər qızdırılır, ona maya, duz, yumurta, ərinmiş yağ və ələnmiş un qatılıb bərk xəmir yoğrulur. Xəmir 1-1,5 saat saxlanılır və 30 qramlıq kündələrə bölünür. Kündələr 2 mm qalınlığında kiçik dairələrə yayılır. Bu dairələrin arasına iç qoyulub örtülür və kənarları vintvarı bükülür, üzərinə müxtəlif naxışlar vurulur. Şəkərburanı 160- 180 dərəcədə 25-30 dəqiqə bişirirlər.İç hazırlamaq üçün qabığı təmizlənmiş badam və ya qovrulmuş fındıq sürtgəcli maşından keçirilib narın üyüdülür, 1:1 nisbətində toz şəkərlə qarışdırılır, ətirli olması üçün döyülmüş hil qatılır.


10 2
10 3
10 4