Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Layihələr

Gəncə zamanın tələbinə uyğun müasir üslublu yeni layihələri ilə inkişaf etməkdədir.

Şorqoğalı

6 1

Tərkibi

Xəmiri üçün – maya 30 qr, yumurta 1 ədəd, qızdırılmış süd 0,5 l, un təxminən 1 kq, yağ 250 qr. İçlik üçün – buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ.

Hazırlanması

Kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Əridilmiş yağ bir qədər istilənmiş olmalıdır və içinə cirə və razyana tökülür. Sonuncu laya yağ sürtülmür. Laylar iri kvadratlara doğranılıb onlar rulet kimi bükülür, burulub yastılanır və kisəcik şəklinə salınır. Kisəciyin içinə içlik qoyulub, qıraqları yığılır və kökə şəklinə salınıb üzüqoylu yığılır. Ortasında işarə barmaqla cığır açılıb bir az içlik qoyulur. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 dərəcədə 20-25 dəqiqə qızaranadək bişirilir.


6 2
6 3