Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Mədəniyyət » Milli Mətbəx » Gəncə dovğası

Gəncə dovğası

3 1

Tərkibi

5 litr qatıq, 3 ədəd yumurta, 1 stəkan yumru düyü, 1 xörək qaşığı un, 2 dəstə ispanaq, 1 dəstə keşniş, 1 dəstə şüyüd, 0,5 dəstə nanə, 0,5 dəstə kərəvüz, 0,5 dəstə çöl keşnişi.

Hazırlanması

Ayrıca qabda bir az yumru düyü bişirilir. İspanaq, keşniş, şüyüd, nanə, kərəvüz, çöl keşnişi təmizlənib yuyularaq xırda-xırda doğranır, aşsüzənə yığılır. Qatığa bir az un, yumurta töküb möhkəm çalınır, vam odun üstünə qoyulur. Sonra qatığı qaynara düşənə qədər taxta qaşıqla bulayırlar. Əgər əl saxlansa, qatıq çürüyə bilər. Qatıq qaynamağa başlayanda əvvəl bişirilmiş düyünü, sonra isə doğranmış göyərtini əlavə edib, göyərti rəngini dəyişənə qədər (1-2 dəqiqə) bulayırlar. Göyərti bişəndən sonra dovğa qazanı ocağın üstündən götürülür. Dovğa hazırdır. Soyuduqdan sonra duz vurulur, süfrəyə verilir.


3 2