Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Nazik

7 1

Tərkibi

1 litr süd, bir cimdik sarı kök, əzilmiş keşniş toxumu, bir qədər gülab, 4 stəkan şəkər tozu, 0,5 kq yağ, 5 yumurta, 1 çay qaşığı maya, 0,5 stəkan ilıq su, 2,5 kq un.

Hazırlanması

Gəncəlilərin sevdiyi şirniyyatlardan biri də nazikdir. Nazik adətən bayram günlərində bişirilən yağlı şirin çörəkdir. Gəncədə bütün gəlin köçən qızlar üçün bişirilir. Qız gəlin gedən günü nazik xonçası oğlangilə göndərilir. Ona görə də toy nazikləri xüsusi diqqət və ustalıqla bişirilir.

1 litr südə bir cimdik sarı kök, əzilmiş keşniş toxumu, bir qədər də gülab tökülür. 4 stəkan şəkər 0,5 kq yağda həll edilir. 3 yumurta və əlavə 2 yumurtanın ağı vurulub sarısı üzərinə çəkmək üçün saxlanılır. 1 çay qaşığı mayanı 0,5 stəkan ilıq suda həll edib, 2,5 kq una töküb xəmir yoğrulur. Xəmir acımaq üçün isti yerə qoyulur. Xəmir acıyanda bir də yoğrulub acımağa qoyulur. Beləliklə xəmir 2 dəfə yoğrulur və 2-ci dəfə xəmir kündələnir, üstü naxışlanır. Yumurta sarısına bir az su və sarı rəng qatılıb naziyin üstünə çəkilərək təndirdə, qaz plitəsində, elecə də elektrik sobasinda bişirilir.


7 2