Quzu

11 1

Tərkibi

2,5 stəkan un, 2 ədəd yumurta, 1 stəkan qatıq, 1 stəkan şəkər tozu, 50 qr duru yağ, 0,5 çay qaşığı soda, vanil.

Hazırlanması

Yumurta 1 stəkan şəkər tozu ilə çalınır, 0,5 çay qaşığı soda 1 stəkan qatığa salınıb qarışığa əlavə edilir, sonra 50 qr duru yağ, vanil əlavə edilib qarışdırılır. Sonra isə un az-az qarışığa əlavə edilir. Alınan xəmir yağlanmış quzu formasına tökülüb sobada 40-45 dəqiqə ərzində bişirilir.