Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Xan aşı

2 1

Tərkibi

500 qr toyuq əti, 800 qr düyü, 100 qr kişmiş, 100 qr qaysı, 100 qr albuxara, 3-4 orta boy soğan, 300 qr kərə yağı, 5-6 ədəd iri lavaş, yarım limon, duz, istiot, zəfəran və ya sarı kök.

Hazırlanması

İlk öncə düyünü qaynatmaq üçün qaynamağa su qoyulur. Daha sonra quru meyvələr islağa qoyulur. Düyü də duzlu və limonlu suya yumşalması üçün qoyulur. Ət quş başı doğranaraq vam ocaqda öz suyunu salıb qızarmağa başlayıncaya qədər qovrulur. Başqa bir tavada doğranılan soğanlar qovrulur. Soğanlar qovrulduqdan sonra bura isladılan quru meyvələr və ət də əlavə edilib bütün bunlar biraz bir yerdə qovrulur. Düyü duzlu suda az bişirilərək süzülür. Aşı bişiriləcək qazanın dibi əridilmiş kərə yağı ilə yağlanır.

Lavaşlar da bir-bir hər iki üzünü yağlanıb qazanın dibinə və kənarlarına doğru düzülür. Düyünün yarısı lavaşların üzərinə tökülür. Yağ və sarıkök, ya da dəmlənmiş zəfəran suyu səpilir. Hazırlanan qaranın hamısı düyünün üzərinə töküb yayılır. Onun üzərinə qalan düyünü əlavə edilib, yenə də yağ və ədviyyat səpilir. Lavaşların kənarlara çıxan hissələri düyünün üzərinə gətirilir. Bir ədəd lavaş yenidən yağlanıb düyünün hər tərəfini örtəcək şəkildə yayılır. Qazanın ağzına ya dəmirdən qapaq qoyulur, ya da aluminium falqa ilə bağlanır. Sobaya qoyulub 180 dərəcədə 1 saata qədər dəmlənir. Sobadan çıxartdıqda qazanın ağzına ya sini, ya da bir tava tutulub qazan tərs çevrilir.


2 2
2 3