Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Zilviyə

12 1

Tərkibi

3 stəkan un, 10 qr maya, 1 stəkan qatıq, 2 xörək qaşığı nişasta, 3 ədəd yumurta, 1,5 stəkan şəkər tozu, 1,5 stəkan su, 1,5 stəkan bitki yağı.

Hazırlanması

Gəncənin özünəməxsus bir şirniyyat növü də zilviyədir. Buğda unu, yumurta ağı, qatıq, nişasta və maya həmçinin şərbət üçün şəkər və su, qızartmaq üçün isə bitki yağı götürülür. Zilviyə üçün 1 stəkan una 10 qr maya və ilıq su qatılmaqla xəmir yoğrulur.

Xəmiri 3-4 saat qıcqırdıb acıxəmrə hazırlayırlar. Sonra 1 stəkan qatığa 2 xörək qaşığı nişasta əlavə edib qarışdırılır. 3 yumurtanın ağı köpüklənənə qədər çalınır və üzərinə qatıq-nişasta qarışığı əlavə edilir. Bu qarışığa isə acıxəmrə əlavə edilir, 2 stəkan da un tökülüb duru xəmir yoğrulur. Xəmir 25-30 dəqiqə saxlanılır. Bu müddətdə şəkər şərbəti bişirilir. Bunun üçün 1,5 stəkan şəkərin üzərinə 1,5 stəkan su tökülüb qaynayana qədər qızdırılır, kəfi yığılır. 1,5 stəkan bitki yağı yastı qazancada və dərin tavada qızdırılır.

Duru xəmir qıf və ya asan olsun deyə çaynikə tökülüb çaynikin lüləyi vasitəsi ilə dairəvi təkər formasında tökülüb qızardılır. Açıq qəhvəyi rəng alanda zilviyə yağdan çıxarılıb darhal qırmızı və ya sarı rəng qatılmış şəkər şərbətinə salınır. 5 dəqiqədən sonra zilviyə şərbətdən çıxarılıb süzgəcə yığılır. Süfrədə isti və ya soyuq halda yeyilir.