Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Təhsil

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nizami Gəncəvi

Balaban

6

Azərbaycanın qədim xalq musiqi alətidir. Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında, eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir. Balaban ərik, qoz, tut və armud ağaclarından hazırlanır. Balaban gövdə, qamış, xərək və qapaqdan ibarətdir. 280-300 mm uzunluğunda olan gövdənin silindrvari səs kanalının diametri 10 mm-dir. Gövdə əsasən ərik ağacından hazırlanır. Onun üst tərəfində səkkiz, alt tərəfində isə bir pərdə vardır. Uzunluğu 90-110 mm və diametri 16-18 mm olan qamışın yuxarı tərəfi yastı olur. Onun orta hissəsinə isə xərək taxılır. Xərəyi hərəkət etdirməklə alətin kökünü dəyişdirmək mümkündür. Xərək əsasən söyüd ağacından düzəldilir. Ağac qapaq qamışı zədələnməkdən qoruyur. Çalğı zamanı hava qamışa üfürülür, pərdələr isə sağ əlin baş barmağından başqa iki əlin bütün barmaqları ilə örtülür və ya açılır. Balaban üçün notlar kaman açarında yazılır. Alətin diapazonu kiçik oktavanın “sol” səsindən, ikinci oktavanın “do” səsinə kimidir.
Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balabanın solo ifası üçün səciyyəvi misallar Üzeyir Hacıbəylinin «İkinci fantaziya», Müslüm Maqomayevin «Azərbaycan çöllərində» və A.Babayevin “Sevgi rəqsi” və bir sıra digər əsərlər ola bilər. Bu əsərlərdə balabandan zil və bəm registlərdə istifadə olunmuşdur.
Balaban musiqisi əsasən Azərbaycan musiqisində yeddi əsas muğamdan biri sayılan segah ladı üzərində qurulduğu üçün, onun ən savadlı və mahir ifaçıları ruhları muğamla yoğrulmuş azərbaycanlılar sayılırlar. Məhz buna görə də balabanın ikinci və beşinci dəlikləri segah pərdəsi, yeddinci dəlik isə mahur pərdəsi dəlikləri adlandırılır. Digər millətlərin nümayəndələrinin ifasında balaban nə qədər mahir ifa olunsa da, bir o qədər də dürüst və klassik səslənmir. Bunun da sirri onların muğam savadına malik olmamasıdır.
Tarixi kökləri VI əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış etmişdir. Əlixan Səmədov "Balaban metodu" adlı kitabın da müəllifidir.


6 1