İdman

Gəncə idmançısı 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl mükafatçısı oldu.

Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Nağara

9
Nağara Azərbaycana məxsus xalq çalğı alətidir. Nağara silindr şəklində olub, enli sağanaqdan ibarətdir. Sağanaq qoz ağacından düzəldilir. O hər iki tərəfdən keçi dərisindən hazırlanmış üzlə örtülür. Alətin gövdəsinin alt və üst qurtaracaqlarına metal halqalar keçirilir. Onlar dəri ilə birlikdə gövdəyə çal-çarpaz dolanan iplə dartılır. Nağaranın müxtəlif növləri olur: böyük nağara, kiçik (cürə) nağara, qoltuq nağara və s. Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür.
Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür.
Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir. Sağanağı qoz, ərik və müxtəlif növ ağac materiallarından hazırlanan silindrik formalı qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir.

9 1