Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Qaval

11
Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna daxildir. Qaval orta əsrlərdə, əsasən saray musiqili məclislərində istifadə edilmişdir. Qaval membranlı alət olsa da, onun idiofonlu alətlərə məxsus əlamətləri də vardır. Onun sağanağından asılmış metal halqalar, bəzi hallarda dörd kiçik zınqırov, silkələnərək təkrarolunmaz səs tembri yaradır. Qavalın ilk not partiyasını Üzeyir Hacıbəyli yazmışdır. Ifaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Qaval barmaqlarla ifa edilir. Onun üzərinə nərə balığının dərisi çəkilir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir.
Geniş ifaçılıq imkanlarına malik olan bu alətdə trel, tremola, mordent və başqa çalarlar almaq mümkündür. Rəng, dəraməd, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı qavalın iştirakı mütləqdir. Qoz ağacından hazırlanmış sağanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd xırda mis halqalar bərkidilir. Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir. Eni 60-75 mm, diametri 350-450 mm olur.

11 1
11 2