Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Mədəniyyət

Gəncə zəngin mədəniyyət ocağı, Nizami və Məhsəti Gəncəvi kimi incilərin torpağıdır.

Qoşa nağara

10

Qoşa nağara xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvari nağaradan ibarətdir. Bəzən ona “qoşa dumbul” deyilir. Qoşa nağara eyni hündürlüklü, ancaq müxtəlif ölçülü 2 qoz, tut ağaclarından və metaldan hazırlanmış gövdədən ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladır. Bu alətin hazırlanmasında əvvəllər gildən, sonralar isə ağacdan və metaldan istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır.
Qoşa nağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur. Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir.


10 1