Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Tütək

7

İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. Belə güman edilir ki, tütəyi cobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər. Eramızın IV-V əsrlərinə aid edilən və albanlara məxsus zərif naxışlarla bəzənmiş tunc qab tapılmışdır. Qabın üzərində rəqqasə və çalğıcı rəsmləri arasında tütəyə oxşar musiqi aləti də təsvir edilmişdir.
Xəqaninin, Füzulinin, Nizaminin əsərlərində bu zərif musiqi aləti haqqında məlumat var.
Tütək bir vaxtlar, əsasən, çobanların istifadə etdiyi üfləmə ağac musiqi aləti olmuşdur. Nəfəsli çalğı alətidir. Tütək uzunluğu 280-350 mm, diametri 20 mm olan silindrik gövdədən ibarətdir. O əsasən qamışdan hazırlanır. Gövdənin üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq olur. Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir. Tıxacla gövdə arasında xüsusi ölçüdə boşluq saxlanılır ki, həmin hissədən ağız boşluğuna yığılmış hava dodaqlar vasitəsi ilə gövdəyə üflənir. Sağ və sol əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla səs ucalıqlarını almaq mümkün olur. Onun səs düzümü kiçik oktavanın "si" səsindən üçüncü oktavanın "do" səsinə qədərdir. Mahir ifaçılar bir neçə səs də əlavə edə bilirlər.
Azərbaycanda böyük və kiçik növləri orkestr və ansamblların tərkibində, əsasən, solo aləti kimi istifadə edilir. Səs tembri mülayim və məlahətlidir.