Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Tar

3

Azərbaycanda geniş istifadə edilən simli musiqi alətidir. Tarı ilk dəfə Carco şəhərinin Fərab adlı bir kəndində X əsrdə Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd düzəltmişdir. XIX əsrin II yarısında Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmişdir. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmışdır. Tar, əsasən, üç hissədən - çanaq, qol və aşıxlar yerləşən kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Alətin ümumi uzunluğu 780-960 mm-dir. Qoluna 22 pərdə bağlanır. Müxtəlif diametrli 11 metal simi vardır. Sümük ya ebonitdən hazırlanmış kiçik mizrabla dilləndirilir.
Simlər üç qrupa bölünür:
1. Ağ, sarı və kök simlər (hər biri bir olur).
2. Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur).
3. Zəng simlər (cingənə; iki cüt olur).
Tarı çalanda üfüqi halda sinə üzərində saxlayıb, hərdən çalğıçı onu yüngülcə silkələyir. Sağ əl mizrabı hərəkətə gətirir. Sol əlin üç barmağı (şəhadət, orta və adsız) simləri pərdələr üzərinə sıxır. Sol əllə də mizrabsız aləti səsləndirmək mümkündür.
Tarın 11 metal simi vardır: iki ağ (poladdan), iki sarı (misdən), qırmızı kök (ağ və ya sarı simlə birlikdə), ikinci qırmızı kök (ton), dörd ağ zəng və ya cinginə simlər. Simlər iki qrupa bölünür: “do” və “sol” adlı simlər.
Tar üçün notlar "do" sistemli metsosoprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir.