Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » Çobanlar rəqsi

Çobanlar rəqsi

Obanlar Rəqsi 1

Azərbaycan rəqsləri mövzu baxımından çox zəngindir və rəqs adlarının çox az bir hissəsi təsadüfü adlardır. İlk baxımda peşə ilə bağlandırılır, peşədən əlavə orta əsrlərdə türk tayfalarında Çobanı tayfaları yaşamışlar. 13-cü əsrdən 1356-cı ilə qədər Çobanı tayfaların numayəndələri dövlətçilik işlərlə məşğul olub və dövləti idarə ediblər. Həmin tayfanın bizim musiqi mədəniyyətimizin inkişafında böyük rolu olmuşdur. Çobanlar rəqsi qoyunçuluqla məşğul olan zirək və mərd adamlara həsr olunub. Bu qədim xalq rəqsimizdə xalqın yaşayış tərzi, məişəti, xalq oyunları qabarıq şəkildə əks olunur. Dədə, babadan qoyunçuluqla, maldarlıqla məşğul olan çobanlar, ilin yarısını qışlaqda, digər yarısını yaylaqda keçirirdilər. Onlar hər il payızın ilk günlərində qoyun sürülərini qışlağa endirib, yazda isə yaylağa çıxarırdılar. Gecələri sayrışan ulduzlar, gündüzləri qızmar günəşin altında qoyun sürülərini haylıyan çobanlar üçün yaylaq dövrü xanlıq dövrü hesab olunurdu. Elə həmin vaxtlar bir yerə yığışaraq zirək və mərd çobanlar günlərini xoş və mənalı keçirmək üçün müxtəlif xalq oyunları və rəqsləri ifa edirdilər.
Çobanlar rəqsi də belə meydana gəlib desək yanılmarıq.
Çobanlar rəqsini kütləvi olaraq ilk dəfə 50-ci ilin əvvəllərində Əlibaba Abdullayev tərəfindən qurulub və özü də həmin quruluşda Solu (baş çoban) ifaçı kimi iştirak edib. Bu rəqs peşəkar və özfəaliyət kollektivlər repertuarında əsas yer tutub. Çobanlar rəqsini sürətli tempdə və ahəngləşdirilmiş hərəkətlər düzümündə yalniz kişilər oynayır.


Obanlar Rəqsi 2