Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Cəngi rəqsi

Cəngi Rəqsi 1
Milli rəqslərimiz sırasında özünə məxsus yeri olan Cəngi xalqımızın tarixi, milli özəlliklərini, məişət həyatını özündə əks etdirir. Cəngi igid yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. Cəngi adından göründüyü kimi cəng, döyüş mənasını daşıyır. Belə demək lazimdir ki, Oğuz tayfalarında, qəbilələr arasında döyüş, vuruş, güləş kimi yarışlar, mərasimlər keçirilən zamanı cəngidən istifadə edilirdi. Bu rəqs musiqi xarakter baxımından Qaytağı, Halay kimi musiqi əsərləri ilə eyni qrupdandır. Koroğlu dastanında cəngiyə çox geniş yer verilmişdir və orada istifadə olunan təbil cəngi, cəngi Koroğlu, misri Koroğlu musiqiləri cəngi aşıq havalarına aiddir. İlk dəfə Üzeyir Hacıbəylinin “Koroğlu” operasına daxil etdiyi cəngidən, sonralar digər bəstəkarlar da istifadə ediblər, o cümlədən: Sultan Hacıbəyov, Aqşin Əlizadə və digər bəstəkarlar tərəfindən müxtəlif vaxtlarda, xususi ilə 2-ci Dünya müharibəsi illərində rəngarəng cəngilər yaradılıb.
Cəngi rəqsinin 1-ci quruluşu Əlibaba Abdullayev tərəfindən verilib. Bu rəqs qəhrəmanlıq rəqsidir və bu rəqsdə güc tələb olunur. Cənginin sədaları marş xarakteri daşıyır və əsasən nəfəsli alətlərdə çalınıb. Cəngi Qara zurnanın düşmən səsi batıran əzəmətli, ruhlandırıcı gur sədası, qəhrəmanlıq güc numayişini özündə əks etdirən rəqsdir. Üzeyir Hacıbəyli yazır: ”Əfsanələrdən məlum olur ki, Cəngi hələ Koroğlu dövründə zurnanın əzəmətli səsi və təbilin gur sədası ilə düşmənləri sarsıdarmış, döyüşçülərdə cəngavərlik əhval-ruhiyyəsi doğurar, onları qəhrəmanlıq şücaəti göstərməyə və düşmən üzərində qələbəyə çağırardı”.
Bu rəqsin musiqisi insanda ruh yüksəkliyi, döyüş əzəməti, qəhrəmanlıq hissi yaradır və mübarizəyə səsləyir. Cəngi rəqsi xalqımızın daxilindən gələn bir rəqsdir, indiyə qədər də rəqs kollektivlər repertuarında əsas və önəmli yer tutur.

Cəngi Rəqsi 2
Cəngi Rəqsi 3
Cəngi Rəqsi 4