Gəncə Haqqında

Yaşı 4000 ildən çox olan gözəl diyar Gəncə şəhərinin tarixi kimi coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da zəngindir. Azərbaycanın 2-ci ən böyük şəhəridir. 

Gənclər

Gəncə Gənclər üçün yeni imkanlar yaradır. Gəncə Gənclərinin səsi yüksək zirvələrdən gəlir.

Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » Heyvagülü rəqsi

Heyvagülü rəqsi

Heyvagülü Rəqsi 1

Məşhur balaban ifaçısı Əli Kərimov gözəl sənətkar olmaqla bərabər 100-ə qədər onun rəqsləri vardır, həmin rəqsləri təbiətdən götürmüşdür, onlardan: Almagülü, Alçagülü, Heyvagülü, Çəmənlik, Yasəməni.
Heyvagülü rəqsi adından göründüyü kimi meyvə adıdır və el arasında bu rəqsə Ağabəy rəqsi də deyirlər. Heyvagülü segah muğamı üzərindədir, ancaq qara zurnada çox gözəl səslənir və onun üstündə gözəl rəqslər qurulur, bu rəqs “Mehman” filmində gözəl ifa olunub.
Rəqs solo rəqslərə aiddir, bu rəqs professional səhnə üçün deyil, el arasında, şənliklərdə oynamaq üçündür, ona görə də bu rəqsdə çoxlu qol vəziyətlərindən istifadə olunub.