Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » İnnabı rəqsi

İnnabı rəqsi

Nnabı Rəqsi 2

İnnabı rəqsi Azərbaycanın məşhur qədim qadın rəqslərindən biridir. İnnabı bir rəqs forması kimi varlı və zadəgan qadınların evində meydana gəlmişdir. Bu rəqsin əşyaları : kəlağayı və başqa baş örtükləri, alına taxılan qızıl pullar, habelə çox bahalı kəhrəba, mirvari və qızıl boyun bağları sayılır. Belə bir fərziyə vardır ki, İnnabı rəqsini bakılı tarzən çox istedadlı xalq musiqiçisi Tati yaratmışdır. Əslində isə XlX əsrin əvvəlində yaranmış bu qədim xalq rəqsini Tati sadəcə olaraq təqribən 1902-ci illərdə işləyib hazırlamışdır.
Xüsusən tar, kamança və nağaranın muşayiəti ilə bu zərif rəqs son dərəcə melodikdir. Rəqs əsasən utana-utana, üzlərini gizlədərək incə süzgün hərəkətlər düzümü əsasında qurulub. Hərəkətlər müxtəlif istiqamətlərdə həm dövrə, həm də düz xətt boyunca cərəyan edir. Bu rəqs uzun illər Ayərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansanblının repertuarında dəfələrlə ifa olunub.
Hətta gözəl xanəndəmiz Murtuza Məmmədov (Bülbül) İnnabı melodiyasına bayatılar əlavə edib onu mahnı kimi oxumuşdur.


Nnabı Rəqsi 3
Nnabı Rəqsi 4
Nnabı Rəqsi 1