Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Turizm

Gəncə öz qədim tarixi, adət-ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə turistik şəhərdir.

Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » Mirzəyi rəqsi

Mirzəyi rəqsi

Mirzəyi Rəqsi 1
Mirzəyi rəqsi Azərbaycanın qədim rəqslərindən biridir. Adından məlum olduğu kimi qarabağlı Ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Mirzəyi rəqsi həm qadınlar, həm də kişilər tərəfindən ifa edilir. Müəllifi rəqsin melodiyasını Ney alətində yaratsa da, tar və kamança ifasında da gözəl səslənir.