Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Nəqliyyat

400 000-ə yaxın əhalinin hərəkətini təmin edən ictimai nəqliyyat vasitələri.

Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » Qaytağı rəqsi

Qaytağı rəqsi

Qaytağı Rəqsi 1

Melodik cəhətdən son dərəcə vazeh, müntəzəm, qəti və sürət (temp) etibarı ilə çox yeyin və dinamik olan Azərbaycan oyun havasıdır. Musiqi ölçüsü başlıca olaraq 6/8-dır, lakin musiqi cümlələri içərisində iki hissəli vəznlə üç hissəli vəznin ardıcıl surətdə növbələnməsinə də təsadüf edilir ki, bu da musiqinin itiliyini xeyli artırır. Qaytağı rəqs ifaçılığında oynayanlar arasında yarış duyğusu oyadır, onların çevikliyini, virtuozluq qabiliyyətini, yorulmamazlığını, gücünü, qüvvətini nümayiş etdirir. Azərbaycanın tanınmış bəstəkarları Səid Rüstəmov və Tofiq Quliyev Qaytağı xalq rəqsinin motivləri əsasında yeni Qaytağı rəqsləri bəstələmişlər. Tofiq Quliyevin bəstələdiyi Qaytağı rəqsi “Əhməd haradadır” filmində film musiqisi kimi istifadə edilmişdir.