Yeni Layihələr

Gəncə zamanın tələbinə uyğun müasir üslublu yeni layihələri ilə inkişaf etməkdədir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » Qazağı rəqsi

Qazağı rəqsi

Qazağı Rəqsi 1
Qazağı rəqsi ən qədim Azərbaycan rəqslərindən biridir. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Ümumiyətlə, Qazağı bir çox versiyalarda mövcüd olmuşdur və muxtəlif alətlərdə səslənib, lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəylı mahnı və rəqs ansamblını yaradanda bir çox görkəmli bəstəkarları dəvət etmiş və bu rəqsi xoreoqrafiya yönündən işləyərək bugünki ifa olunan versiyada nota salmışlar. Bu rəqs demək olar ki, professional və həvəskar kollektivlər repertuarında özünə xususi yer tutub. Səhnə tamaşası kimi quruluşda Qazağı, onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur. Rəqsin ifasında kişi rəqslərinin çoxunda olduğu kimi, hökmən sərrast hərəkətlər, daxili quvvənin əzəməti tələb olunur.

Qazağı Rəqsi 2
Qazağı Rəqsi 3