Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » Tərəkəmə rəqsi

Tərəkəmə rəqsi

Tərəkəmə Rəqsi 1
Tərəkəmə ən qədim zamanlardan Azərbaycan torpağında məskunlaşmış bir qəbilənin adıdır. Tərəkəmələr, yayda yaylaqda, qışda isə qışlaqda yaşayırdılar. Onların Qarabağ, Şamaxı, Şəki ərazilərində məskunlaşmaqları məlumdur. Elə rəqsin də Tərəkəməlilər tərəfindən yaranması məlumdur. Lakın rəqsin yaranma tarixi məlum deyil. Azərbaycanın ən qocaman sakinləri, cavanlıqda gördükləri rəqslərin içərisində Tərəkəmə rəqsini də xatırlayırlar. Elə buna əsaslanaraq biz deyə bilərik ki, Tərəkəmə rəqsi Azərbaycanın ən qədim milli rəqslərindən biridir. Eyni melodiyaya malik olan Tərəkəmə rəqsi 2 variantda mövcuddur: 1-ci variantda rəqsi yaradan Tərəkəməlilərin aram və lirik bir sürətdə rəqs olunmasıdır ki, onu da qadınlar ifa edir. 2-ci variantda Naxçıvanda, Şəkidə orta sürətlə, çevik bir halda Tərəkəmə rəqsini bərabər olaraq kişilər və qadınlar bir yerdə ifa edirlər.
Bu rəqsi ilk dəfə Əlibaba Abdullayevin quruluşunda Əminə xanım Dilbazi ifa edib. Biz rəqsə tamaşa edərkən, milli rəqslərimizdə Azərbaycan qadınlarına məxsus olan qol hərəkətləri, sındırma və sairə kimi hərəkətlərə rast gəlirik.

Tərəkəmə Rəqsi 2
Tərəkəmə Rəqsi 3
Tərəkəmə Rəqsi 4