Turacı rəqsi

Turacı Rəqsi 1
Turacı rəqsi gözəl dağ quşuna həsr olunmuş 19-cu əsrin əvvəllərinə aid olan rəqsdir. Bu rəqsin zəngin melodik xətti vardır və Mahur muğamı üzərindədir. Mahur muğamının bir neçə şöbəsinə burada rast gəlirik: mayə, üşşaq, şikəsteye fars.
Rəqs bir növ turacın uçuşunu xatırladır. Turac yüngülcə uçur, lakin birdən ovçu onu nişan alır. Yaralı, getdikcə zəifliyən quş səhnə boyu çırpınır, taqətdən düşərək yerə sərilir. Sonra yenidən quvvə toplayıb sevincək, coşğun bir ehtirasla uçur, dövrə vurur. Rəqqasın hər hərəkəti quşun uçuşunu, havada süzməsini xatırladır. Onun yanlara açılmış barmaqları, geriyə əyilmiş əlləri qanadların təsviridir. Bu rəqsin ilk ifaçısı Əminə Dilbazi olmuşdur.

Turacı Rəqsi 2
Turacı Rəqsi 3
Turacı Rəqsi 4