Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » Uzundərə rəqsi

Uzundərə rəqsi

Uzundərə Rəqsi 1
Uzundərə rəqsi çox qədim rəqsdir. Qarabağda, Ağdam ilə Göytəpə kəndi arasında bir dərə var, adına Uzundərə deyirlər. Qocalar təsdiq edirlər ki, bu rəqs məhz həmin dərəyə həsr olunub. Burada adət üzrə rəqs edirlərmiş. Rəvayətə görə Uzundərə Tərəkəməlilərin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada dincəlirmişlər. Buraya başqa kəndlərdən də qonaqlar gəlib, sıx dostluq əlaqə saxladıqları tərəkəməlilərə baş çəkirlərmiş. Məhz bu yerdə yaranan rəqslərdən birinə, ən məşhur olanına Uzundərə adı verilmişdir.
Başqa bir rəvayətdə deyilir ki: Gəlini aparanda həmin bu dərədən keçirlərmiş, burada bir qədər dayanıb oğlan tərəfi qohumlardan, qadınlar gəlinin qabağında oynayar, onlara can sağlığı və xoşbəxtlıq arzulayırmışlar.
Uzundərə rəqsi çox incə və lirik bir melodiyadır və gəlin, toy mərasiminə aid edilə bilər. Bu rəqsdən bizim bir çox bəstəkarlarımız qıdalanıb, o cümlədən dahi Üzeyir bəy “O olmasın, bu olsun” musiqili komediyasında bu rəqsdən istifadə edib.

Uzundərə Rəqsi 2
Uzundərə Rəqsi 3
Uzundərə Rəqsi 4