Biznes

Gəncədə biznes fəaliyyəti indi daha əlverişli və gəlir gətirəndir.

Gəncə Haqqında

Yaşı 4000 ildən çox olan gözəl diyar Gəncə şəhərinin tarixi kimi coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da zəngindir. Azərbaycanın 2-ci ən böyük şəhəridir. 

Yüzbir rəqsi

Yüzbir Rəqsi 1
Yüzbir rəqsi çox geniş yayilmış bir rəqsdir. Öz dövründə çox məşhur olan rəqs indi nadir hallarda yad olunur. Yüzbir (101) rəqsi rəqəm-say adlandırılan rəqslərdən biridir. Bu rəqs Şərq aləminə aid olan rəqəmlərdən biridir. Belə bir fərziyyə də vardır ki, çox qədimlər musiqiçilər el şənliklərində, toylarda bir sıra rəqslər yaradarmışlar və onları unutmamaq uçun rəqəm-say adları ilə adlandırarmışlar. Bu rəqslər bu günümüzə qədər belə gəlib çatmışdır. 101 rəqsinin melodiyası çox həsrətli, lirik bir musiqidir, bu da ondan irəli gəlir ki, bu rəqs Şuştər muğamı ladındadır. Rəqsin elementləri genişdir, çiyinlərin yüngülcə hərəkəti rəqsə gözəllik verən səciyyəvi cəhətdir. Onu həm kişilər, həm də qadınlar oynayarmışlar. Xoreoqrafiya baxımından 101 rəqsinə heç vaxt quruluş verilməyib və səhnədə olmamışdır, lakin bu rəqsə yenidən quruluş verilib və ifa olunub.

Yüzbir Rəqsi 2
Yüzbir Rəqsi 3
Yüzbir Rəqsi 4