Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yallı rəqsi

Yallı Rəqsi 1
Yallı rəqsi Azərbaycanda ən qədim rəqs növlərindən sayılır. Yallı rəqsi oxuma və əlçalma ilə də muşayət oluna bilər. Bu rəqs əvvəllər aydınca əmək xarakteri daşıyardı. Azərbaycanın cənub hissəsində "Yallı" rəqsi çox zaman "Halay" mahnısı ifa olunur. "Halay" sözü məhsuldan danışır, çox zaman ağır zəhmətli, uzun müddətli işi ifadə edir. "Halay" Astara-Lənkəran zonasında və ondan bir qədər şimalda bundan əvvəl meydana gəlmişdir. Yallının bir çox növləri mövcuddur.
Qədim kütləvi xalq rəqsi olan yallının mənşəyi və yaşı hələ müəyyənləşdirilməyib. Yallının ən qədim və geniş təsvirinə Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin (XII əsr) “Xosrov və Şirin” poemasında rast gəlinir. Əslində yallı Azərbaycan rəqs sistemidir. Bu ad altında onlarla müstəqil rəqs toplanıb. Yallı 3 yerə bölünür: sırf musiqi ilə ifa olunan, musiqi və vokal ilə ifa edilən və musiqisiz dil yallıları. Dil yallıları – musiqisiz ifa olunan bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır. Çalğı alətlərinin mövcud olmadığı əski çağlarda, təqribən 10 min il əvvəl yarandığını ehtimal edirlər. Tarixən “Yollu”, “Yelli” kimi də işlənərək ən son “Yallı” formasına düşüb. Hər üçünün maraqlı izahı var. Deyilənlərə görə, ibtidai insanlar toplu halda yaşayır, toplu halda ova çıxırdılar. Hər uğurlu ovdan sonra onun ətrafında dövrə vurur, sevinirdilər. Onların ayaq izlərindən cığır açardılar ki, bu da yol salardı. Yollu adı buradan əmələ gəlib. Digər rəvayətə görə, bu rəqs qədim insanların uçma istəyindən yaranıb. Yel əsdiyi zaman əl-ələ tutaraq yüksək dağ yalında toplaşar və uçmağa həvəslənərlərmiş. O zaman oynadıqları oyun “yelli” adlanıb. Və nəhayət, yallı sözü “səf, düzmək” mənasını daşıyır. Düzmək-düzülmək feilindən əmələ gəlib. Əl-ələ sıra ilə düzülərək yaranan rəqs beləcə “yallı” adlanıb. Türkiyədə buna “halay” deyirlər. Toylarda və bayramlarda iki zurnaçı və nağaraçıdan ibarət ansamblın müşayəti ilə oynanan kollektiv rəqs növüdür. Yallıda ifaçıların sayı 10-15 nəfərdən 80-100 nəfərədək ola bilər. Yallı rəqsi zamanı əl-ələ tutmuş kişi yaxud qadınlardan ibarət dəstələr düzəldilir. Dəstənin başında duran rəqqas yallıbaşı adlanır. Onun əlində dəsmal yaxud çubuq olur. Axırdakı isə ayaqçı adlanır. Yallı ağır tempdə başlanır, getdikcə sürətlənir, ifaçılar ritmik hərəkətlərlə dövrə vuraraq rəqs edirlər.