Ana səhifə » Mədəniyyət » Muzeylər » N.Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi

N.Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi

1
Ünvan: Gəncə şəhəri, Atatürk, 244
Telefon: +994.22.256.35.94
Rəhbərin adı: Sadıxov Fuad
Rəhbərin email ünvanı: fuadsadixov(AT)rambler.ru

Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin əsası 1924-cı ildə qoyulmuşdur.

İlk illər muzey 2 şöbədən ibarət olmuşdur: diyarşünaslıq və kənd təsərrüfatı. Muzeyin 500-dən çox eksponatı var idi.

1954-cü ildə N.Gəncəvi adına Ölkəşünaslıq Muzeyi Əzizbəyov 260 ünvanına köçürülmüşdür. Həmin vaxtlar muzey 7 böyük zaldan ibarət olmuş və 3 şöbəyə bölünmüşdür: Təbiətşünaslıq, İnqilaba qədərki dövr və Sovet dövrü.

Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi 1972-ci ildə indi yerləşdiyi binaya köçürülmüşdür. Bu bina Cavad Xanın nəticəsi İsmayıl Xan və Adil Xan Ziyadxanovların şəxsi mülkü olub. Hal-hazırda muzeyin 30 mindən çox eksponatı vardır.

Muzeyin ekspozisiyasında Gəncənin ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri 18 salonda nümayiş etdirilir.