Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Turizm

Gəncə öz qədim tarixi, adət-ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə turistik şəhərdir.

Ana səhifə » Mədəniyyət » Parklar » “Xan Bağı” Mədəniyyət və İstirahət Parkı

“Xan Bağı” Mədəniyyət və İstirahət Parkı

Xan Bağı
Ünvan: Gəncə şəhəri, Atatürk, 271
Rəhbərin adı: Həsənov Məzahir

 “Xan Bağı” Mədəniyyət və İstirahət Parkı, Qafqazın və Azərbaycanın ən qədim parklarından biridir. Sərdar bağı qala divarları ilə bir vaxtda Hicri təqvimlə 996-cı ildə salınıb və onun 414-415 illik tarixi var. Lakin tarixi mənbələr bu bağın türk Fərhad Paşanın oğlu – Mehmet Paşa oğluna məxsusluğunu və 1582-ci ildə salındığı yazırlar.
Park bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb. Daxilində xiyabanlar salınmış, yay teatr binası, müxtəlif istirahət güşələri, su hovuzları, fəvvarələr tikilmişdir. Vaxtilə beş yüzdən artıq ağac və gül növü olan Gəncənin bağında bunların 150 növü vegetativ həyat sürürmüş. Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr düzəldilmişdir.
Park şəhərin havasının saf qalmasında, yay mövsümündə, qızmar günəşin, qışda soyuq küləklərin qarşısının alınmasında müstəsna rol oynayır.
Şəhər əhalisinin başlıca istirahət yeri olan «Xan Bağı»nda xalq şairi Nigar Rəfibəylinin heykəli, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbri, Gəncə qala divarının qalığı, eləcə də «Yaşıl Teatr» və s. vardır.



Xan Bagi 5
Xan Bagi 3
Xan Bagi 4
Xan Bagi 2
IMG 2115
IMG 2117
IMG 2123
Xan Bagi