Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Turizm

Gəncə öz qədim tarixi, adət-ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə turistik şəhərdir.

Ana səhifə » Mədəniyyət » Parklar » Heydər Əliyev Xatirə parkı

Heydər Əliyev Xatirə parkı

Heyder Eliyev Parkı
Ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi

1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində 30 minə yaxın gəncəli təntənəli mitinqə toplaşmışdı. Həmin gün burada ilk ağac əkilərək xatirə parkı salınmışdır.
Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyəti Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. Parkın ərazisini Baş xiyaban birləşdirir. Baş xiyabanın eni 53 metr, uzunluğu 1400 metrdir.
Parkda Azərbaycanın söz ustalarının, dövlət xadimlərinin heykəl və büstləri var. Nizami Gəncəvinin, Məhsətinin, M.Ş.Vazehin, S.Vurğunun və başqa görkəmli şəxsiyyətlərin heykəl və büstləri parka xüsusi yaraşıq verir. M.Ş.Vazehin xatirəsinə həsr edilmiş pano çini qablar zavodunun parka ən yaxşı hədiyyəsidir. Park möhtərəm Prezidentimiz H.Əliyevin adını daşıyır. 1980-ci ildə H.Əliyev parka çinar ağacları əkmişdir.