Gənclər

Gəncə Gənclər üçün yeni imkanlar yaradır. Gəncə Gənclərinin səsi yüksək zirvələrdən gəlir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Mədəniyyət » Teatrlar » Gəncə Dövlət Dram Teatrı

Gəncə Dövlət Dram Teatrı

Dram Teatr

Gəncə Dövlət Dram Teatrının binası XIX əsrin 80-ci illərində alman sahibkarı Xristofor Förer tərəfindən tikilmişdir.

Teatrın binası XIX əsr tarix-memarlıq abidəsidir. Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaranmışdır.

1925-ci ilə kimi «Tənqid-təbliğ» teatrı adı ilə fəaliyyət göstərmiş, 1925-ci ildə isə «Bakı-işçi-kəndli» teatrına çevrilmişdir.

1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. Gəncəyə gələn aktyorlar içərisində İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov, Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi müqtədir sənətkarlar vardır.

Dram Teatrda gənclərdən ibarət teatr studiyası fəaliyyət göstərir.