Ana səhifə » Mədəniyyət » Teatrlar » Gəncə Dövlət Kukla Teatrı

Gəncə Dövlət Kukla Teatrı

Kukla Teatrı
Ünvan: Gəncə şəhəri, Ə.Cəmil 105
Telefon: +994.22.256.97.10
Rəhbərin adı: Fətəliyev Bayram

Teatrın binası XIX əsr tarix-memarlıq abidəsidir.

Bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilmişdir. Tikintidə əsasən tuf daşından istifadə olunmuşdur.

Binanın ümumi sahəsi 650 m2-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilən bu binada hazırda Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.

Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır.

Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir.