Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Gəncədə olub

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Gəncədə olub

45087779 110759946538240 4204062878661083136 N

Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Nikolayeviç Boçarnikov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Rusiya arasındakı dostluq münasibətlərindən söz açılıb, hər iki ölkənin regionları arasındakı əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunulub.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, hazırda Gəncədə 2 mindən artıq rus yaşayır. Qərb bölgəsi üzrə isə bu say 10 mindən çoxdur. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə iri sənaye müəssisələri fəaliyyət göstərir. Əsas məqsədlərdən biri xarici investorların şəhərə cəlb edilməsidir ki, bu istiqamətdə də rusiyalı sərmayədarlara hər cür şərait yaradıla bilər.

 

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, 4 aydan artıqdır Azərbaycandadır və onun regionlara olan ilk səfəri məhz Gəncədən başlayıb. “Bu gün bizim qarşımızda duran əsas vəzifə ölkələrimiz arasındakı əlaqələri daha da genişləndirməkdir. Bura həm iqtisadi, həm də mədəni əlaqələr daxildir. Bizim əsas hədəflərimizdən biri regionlar arasında olan ticarət əlaqələrini daha da genişləndirməkdir. Mən düşünürəm ki, bizim ikitərəfli münasibətlərdə Gəncə önəmli rola malikdir”, - deyə səfir bildirib.

 

Görüşdən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bir sıra səneyə müəssisələri və mədəniyyət ocaqlarında olub.


45177505 293141594860082 6647533480605384704 N
45078975 750317685316859 3059418252774998016 N