Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Niyazi Bayramov Şeyxzamanlı qəsəbəsinin sakinləri ilə görüşüb

Niyazi Bayramov Şeyxzamanlı qəsəbəsinin sakinləri ilə görüşüb

Niyaz Bayramov1

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, görüş Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. “Açıq mikrofon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayətlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Səslənən müraciətlər arasında işlə təminat, təbii qazın verilişində yaranan vaxtaşırı fasilələr, küçələrin gecə işıqlanması, çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, şəhərdaxili marşrut xəttləri üzrə həkət edən avtobusların iş saatının uzadılması və digər məsələlər öz əksini tapıb. Ümumilikdə 30-dan artıq şikayət və təklif dinlənilib. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.


45082941 2264826527088075 4177655551414501376 N
45050192 567041240414199 1008412970541121536 N
45080621 315795979017537 7420141940458389504 N
45066208 2161709900530237 3326261603053076480 N