Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Gəncədə sahibkarlarla görüş olub

Gəncədə sahibkarlarla görüş olub

+PS2A0309

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən sahibkarlarla görüşüb. O bildirib ki, görüş Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq keçirilir. Məqsəd sahibkarların problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. 50-ə yaxın sahibkarın iştirak etdiyi görüşdə bir sıra məsələlər müzakirə olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, sahibkarlığın inkişafına mane olan bütün faktorlar, xüsusi ilə də qanunsuz müdaxilələr aradan qaldırılmalıdır. Həmçinin o qeyd edib ki, Gəncəyə xarici investorların cəlb edilməsi və yeni iş yerlərinin açılması prioritet istiqamətlərdən biridir. Sahibkarlar ümumi məsələlərlə yanaşı fərdi problemlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Görüşdə Gəncə sakibkarların cəmiyyətinin yaradılması barədə razılığa gəlinib.


44187745 337121573763555 8720987027887095808 N
44308809 309785789803959 3552419286481895424 N
44410774 322481834997372 535529499224178688 N