Xəbərlər

Ana səhifə » Gencler » Gəncədə Gənc Blogger və Media Forumu keçirilib

Gəncədə Gənc Blogger və Media Forumu keçirilib

Yap

Gəncədə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı, “İslahatçı Gənclər” İctimai Birliyi və Azxeber.com İnformasiya Portalının birgə təşkilatçılığı ilə Gənc Blogger və Media Forumu həyata keçirilib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək bu günün gənclərinin hər sahədə olduğu kimi, virtual aləmdə, sosial şəbəkələrdə, informasiya sahəsində də fəallıq göstərdiklərini, dövlətin həyata keçirdiyi tədbirlərdə, eləcə də Azərbaycanın üzləşdiyi problemlər haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etdiklərini diqqətə çatdırıb. Millət vəkili Gənc Blogger və Media Forumunun keçirilməsində məqsədin Gəncə gənclərinin  Azərbaycanın milli maraqları naminə fəaliyyətinə təkan vermək, internetin açdığı imkanlardan, bloqçuluq fəaliyyəti, onun əhəmiyyəti və informasiya savaşındakı rolu haqqında biliklərini daha da təkmilləşdirməkdən ibarət olduğunu qeyd edib.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov bildirib ki, bu forumun Gəncə şəhərində keçirilməsi mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, dünyada baş verən hadisələr gənclərin informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadəsini zəruri edir.

Çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, hər ötən gün dünyada informasiya savaşı güclənir. İndi artıq ayrı-ayrı dövlətlər, qüvvələr hərbi gücdən daha çox, informasiya gücünə baş vururlar. Bu isə şübhəsiz ki, ölkələrin informasiya təhlükəsizliyinə təhdidlər yaradır.

Eyni zamanda internet medianın inkişafı onun istifadəçiləri üçün əlavə imkanlar yaradır. Belə bir durumda gənclərin medianın, sosial şəbəkələrin imkanlarından milli maraqlarımızın qorunması və şəxsi inkişafları naminə səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir.

Azxeber.com İnformasiya Portalının Baş direktoru Əfsələddin Ağalarov vurğulayıb ki, qloballaşan dünyada informasiya texnologiyalarının, internet medianın sürətli inkişafı insanlara geniş imkanlar açır: Bu imkanlardan uğurla faydalanmaq üçün isə gənclərin maarifləndirilməsinə mühüm ehtiyac var. Çünkü gənclər informasiya savaşında aktiv rol alırlar”.

Azxeber.com İnformasiya Portalının Baş redaktoru Hacıbəy Heydərli internet istifadəçilərinin sayının hər ötən gün artdığını və bunun da informasiya savaşında internet medianın rolunun yüksəlməsinə xidmət etdiyini qeyd edib. O, bildirib ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.

Geniş diskussiya şəklində iki gün davam edən Forumda gənclər maraqlı təkliflərlə çıxış edib, bu cür layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


44891769 463994004005670 539204805818580992 N
44930144 1425514387585392 2555568501045592064 N
44958787 251545698853828 735629616068165632 N
44974774 325794258222459 5565581684885159936 N
45020366 2203243306627859 6120821673793945600 N
44974720 744166539270552 7554260184130912256 N
45037150 722776151433893 1185664707478945792 N
45072004 773770892955847 4955331110604111872 N
45072020 1211716265635337 4264000689170022400 N
45042886 1071210606394506 6781359602077270016 N