Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Rusiyanın Azərbaycandakı səfiri Gəncə Avtomobil Zavodunda olub

Rusiyanın Azərbaycandakı səfiri Gəncə Avtomobil Zavodunda olub

Russefiri

Rusiyanın Azərbaycandakı Səfiri Mixail Nikolayeviç Boçarnikov və xanımı Olqa Boçarnikova oktyabrın 30-da Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində olub.

Müəssisənin direktoru Kamran Nəzərov bildirib ki, 2004-cü ildə Rusiyanın Naberejnı Çelnı şəhərinın OKA avtomobillərinin istehsalı ilə başlayan zavod sonradan Ulyanovsk avtomobil zavodu ilə əməkdaşlıq edib. 2015-ci ildən müəssisə Rusiyanın böyük avtomobil konsernlərindən olan Kamaz ATSC-ilə müqavilə bağlayıb və bu günədək əməkdaşlıq davam edir.

Kamran Nəzərov Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinin çox yüksək səviyyədə olduğunu qeyd edərək bu isti münasibətlərin Gəncə Avtomobil Zavodu ilə Rusiya şirkətləri arasında yarandığını da xüsusi vurğulayıb.

Səfər çərçivəsində səfir Mixail Nikolayeviçə bildirilib ki, 2015-ci ilin sonlarında daha bir Rusiya avtomobil nəhəngi olan URAL Avtomobil Zavodu ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb və bu günə kimi 275 URAL ağırtonnajlı avtomobili istehsal olunub. Zavodun direktoru onu da vurğuladı ki, Rusiya şirkətləri ilə əməkdaşlıq müqavilələri nəticəsində Gəncədə 314 OKA, 317 UAZ, 273 KAMAZ avtomobili istehsal olunub. Diplomata o da bildirildi ki, ikitərəfli əməkdaşlıq istiqamətində bu gün də işlər davam etdirilir.

Kamran Nəzərov vurğulayıb ki, Gəncə Avtomobil Zavodu İB-i Rusiyanın digər böyük şirkətləri ilə də əməkdaşlıq edir. Onlar arasında Qrabov Avtomobil Zavodunu, “Stroydormaş” Səhmdar cCmiyyətini, “Russkaya Stalnaya” şirkətini və digərlərini xüsusi ilə qeyd etmək olar.

Zavodun fəaliyyəti ilə yaxından tanış olan Rusiyanın ölkəmizdəki səfiri Gəncə Avtomobil Zavodunun nəzdnində olan uşaq bağçasında da olub. Burada yaradılan şəraitlə tanış olan qonaq öz xoş təəsüratlarını ifadə edib:“Mən böyük maraqla zavodu gəzdim. Gördüm ki, bu müəssisə günü gündən inkişaf edir, yeni istehsal sahələri yaradılır. Gəncə Avtomobil Zavodunda gördüklərim məni sözün yaxşı mənasında təəcübləndirdi. Müasir texnikalarla təhciz olunmuş bir müəssisədir. Zavodun istehsal etdiyi məhsullar Azərbaycanın iqtisadiyyatının inkişafı üçün vacibdir. Bir məsələ də məni çox sevindirdi ki, bu inkişaf tempində Rusiya şirkətləri ilə əməkdaşlıq da xüsusi yer oynayır. Bir də onu vurğulayım ki, burada mən gələcək perspektivdə ikitərəfli əməkdalığı gördüm. Bunun üçün Gəncədə hər bir şərait var. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin cənab İlham Əliyevlə görüşü zamanı ikitərəfli əlaqələrin inkişafından danışan zaman Gəncə Avtomobil Zavodunun adını qeyd etməsi və vurğulaması artıq bu müəssisənin gələcəkdə Rusiya şirkətləri ilə əməkdaşlığının daha da artmasına bir siqnaldır.

Gəncə Avtomobil Zavodunda yaradılan şərait, həyata keçirilən sosial layihələr, zavodda işçilər üçün yaradılan şərait də məni təəcübləndirdi. Biz uşaq bağçasında olduq. Orada çox yüksək səviyyədə şərait yaradılıb. Uşaqlar üçün hovuz, müsiqi, şahmat, idman otaqları yaradılıb” – deyə Rusiyanın Azərbaycandakı səfiri M. Boçarnikov qeyd edib.

 


45206468 752634685075213 2069592560661168128 N
45137747 1739698509474731 7649971924004503552 N
45214714 341574399939001 4716162845954277376 N