Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » YAP Gəncə şəhər təşkilatı GDU-da partiya fəalları ilə görüş keçirib

YAP Gəncə şəhər təşkilatı GDU-da partiya fəalları ilə görüş keçirib

YAP

YAP Gəncə şəhər təşkilatının ərazi ilk partiya təşkilatlarında Gənclər Birliyi, Qadınlar Şurası İdarə Heyətlərinin yeni tərkibinin, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilməsi məqsədi ilə keçirdiyi görüşlər uğurla davam edir.

YAP Gəncə Dövlət Universiteti ərazi ilk partiya təşkilatında keçirilən tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Gəncə Dövlət Univetsitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə, universitetin  müəllim və tələbə heyəti iştirak edib.

Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə YAP-ın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ziyalılar tərəfindən qurulduğunu, məqsədinin xalqımıza, dövlətimizə xidmət etmək olduğunu qeyd edib. Bildirib ki, tələbələrin könüllü olaraq üzvlük üçün universitetin ərazi ilk partiya təşkilatına müraciət etməsi partiyanın Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirməsindən xəbər verir.

 

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Prezident cənab İlham Əliyev tərəfindən Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşına Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Fəxri adların verilməsi, bir qrup əməkdaşın isə “Tərəqqi” medalı ilə təltif edilməsi münasibəti ilə ali təhsil müəssisəsinin professor-müəllim heyətini təbrik edib. Millət vəkili ölkəmizin Qərb bölgəsində fəaliyyət göstərən ən böyük ali təhsil müəssisəsinə Prezident cənab İlham Əliyev tərəfindən verilən yüksək dəyərin Gəncə sakinləri tərəfindən minnətdarlıqla qarşılandığını bildirib.

Naqif Həmzəyev ötən illər ərzində təşkilatın gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb, xüsusən gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını söyləyib, onlara uğurlar arzulayıb.

Univetsiteyinin Elm və İnnovasiyalar üzrə prorektoru, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə ölkəmizin ictimai, siyasi, elmi, təhsil və mədəni həyatında fəal rol oynayan, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirən Azərbaycan qadınlarına dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışıb. Bildirib ki, bu gün cəmiyyətimizdə hörmət, izzət sahibi qadınlara Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri ilə tarix yazan Mehriban xanım Əliyeva örnək və nümunədir.

Tələbələrdən Sabir Əbdürrəhmanov, Leyla Məmmədova, Hicran Əliyeva, Turanə Səfərova və başqaları çıxış edərək gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd ediblər. Qürurla gənclərin ölkə Prezidenti, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə layiqli vətəndaş kimi formalaşdıqlarını bildiriblər.

Tədbirdə ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri, İdarə Heyətinin yeni tərkibi, Gənclər Birliyinin sədri, İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib.

Sonda partiya sıralarına yeni daxil olan tələbələrə təntənəli şəkildə üzvlük vəsiqələri təqdim edilib.


45450042 2027737047269142 265480617284599808 N
45500431 2027736833935830 5055649546500046848 N
45542412 2027736817269165 2650115669126807552 N
45634842 2027737023935811 9128080838703972352 N
45472398 2027737143935799 1660807387428159488 N
45690794 2027737017269145 4411736607690850304 N