Xəbərlər

Ana səhifə » Digər Xidmətləri » Ölkəmizin reytinqi yüksəlib

Ölkəmizin reytinqi yüksəlib

Baki

Azərbaycan “Worldwide Broadband Price Comparison” reytinqində mövqeyini yaxşılaşdırıb 

Azərbaycan "Worldwide Broadband Price Comparison” genişzolaqlı internet qiymətləri reytinqində 195 ölkə arasında 54-cü yeri tutub.
 
Trend-in məlumatına görə, bu reytinqi Böyük Britaniyanın "cable.co.uk” saytı tərtib edib.
 
Əvvəlki reytinqdə Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.
 
Reytinqə əsasən, Azərbaycanda genişzolaqlı internetin orta illik qiyməti ayda 36,97 dollar təşkil edir ki, bu da ötən illə müqayisədə 1,06 dollar azdır.
 
MDB regionunda ən ucuz genişzolaqlı internet Ukraynadadır. Bu ölkədə orta illik qiymət ayda 5 dollar təşkil edir.
 
Reytinqə əsasən, MDB-nin böyük hissəsində genişzolaqlı infrastruktur yaxşı inkişaf edib və sağlam rəqabət bazarı mövcuddur.