Xəbərlər

Ana səhifə » Gencler » Gəncə gəncləri ”Hərəyə bir bayraq” paylayıblar – Foto – Video

Gəncə gəncləri ”Hərəyə bir bayraq” paylayıblar – Foto – Video

Bayraq Aksiyasi GENCE YAP 1

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyi 9 Noyabr Dövlət Bayraq Günü ilə bağlı “Hərəyə bir bayraq” adlı yürüş təşkil edib.

100-dən artıq fəal gəncin iştirak etdiyi yürüş YAP Gəncə şəhər təşkilatı Qərargahının qarşısından start götürüb. Gənclər milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə əllərində üçrəngli bayraqlar şəhərin mərkəzi küçəsi ilə Gəncə Dövlət Filarmoniyasına tərəf irəliləyiblər. Cavad xan küçəsində yürüşə davam edən gənclər şəhər sakinlərinə yaxınlaşaraq bayraqlar verib, balacaların üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkiblər.

Yürüş boyu sayı artan gənclər böyük əhval-ruhiyyə ilə həmyaşıdlarını yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar.

Gəncədə geniş əks-səda doğuran yürüş şəhərin Bayraq Meydanında başa çatıb.

 https://www.youtube.com/watch?v=9MUBrUjKLlY


Bayraq Aksiyasi GENCE YAP 2
Bayraq Aksiyasi GENCE YAP 3
Bayraq Aksiyasi GENCE YAP 6
Bayraq Aksiyasi GENCE YAP 7
Bayraq Aksiyasi GENCE YAP 5
Bayraq Aksiyasi GENCE YAP 9
Bayraq Aksiyasi GENCE YAP 8
Bayraq Aksiyasi GENCE YAP 10
Bayraq Aksiyasi GENCE YAP 11