Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Gəncədə Dövlət Bayraq Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Gəncədə Dövlət Bayraq Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib

1355

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası 9 noyabr – Dövlət Bayraq Günü münasibəti ilə baş tutub. Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Gəncənin yeni asfaltlanan Azərbaycan bayrağı küçəsində təşkil olunan ağacəkmə aksiyasında ictimaiyyət nümayəndələri və gənclərin xüsusi fəallığı müşahidə olunub.

Ərazidə təmizlik-abadlıq işləri aparılıb, yol kənarı alaq otlarından və daşlardan təmizlənib. Daha sonra burada 2000-ə yaxın Eldar şamı ağacı əkilib. Yeni əkilən ağaclar xüsusi ayrılan su maşınları vasitəsi ilə suvarılıb.

Qeyd edək ki, Gəncədə şəhərin təmiz saxlanması, gül-çiçəklərin, ağacların əkilməsi və qorunması, onlara aqrotexniki qaydada qulluq edilməsi üçün iməclik və aksiyaların keçirilməsi ənənəvi xarakter daşıyır. Ekologiyanın qorunması və şəhərin gözəlləşməsinə töhfə verilməsi məqsədilə həyata keçirilən aksiyalar davamlı olacaq.


45664004 647715892296594 7888075161318981632 N
45739879 194245481391940 7382047466033512448 N
45803443 1032314670304170 6604055277559873536 N