Xəbərlər

Ana səhifə » Mədəniyyət » Dövlət Bayrağı Günü münasibəti ilə konsert təşkil edilib

Dövlət Bayrağı Günü münasibəti ilə konsert təşkil edilib

8895

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edib. 9 noyabr – Dövlər Bayrağı Gününə həsr olunan konsert proqramında Azərbaycanın xalq və bəstəkar mahnıları ifa olunub, təsniflər səsləndirilib.

Konsertdən əvvəl Dövlər Bayrağı Gününün təsis edilməsi və 9 noyabr tarixinin önəmindən söz açılıb. Qeyd olunub ki, Gəncədə hər zaman dövlət atributlarına böyük hörmətlə yanaşılıb. 2012-ci ildə burada Dövlət Bayrağı Meydanı yaradılıb. Gəncəçayın sahilində, 110 metr hündürlükdə dalğalanan üç rəngli bayraqla hər bir gəncəli qürur duyur.

Rəsmi hissədən sonra Sahil Quliyevin bədii rəhbərliyi ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib. Konsert proqramında yer alan Əhsən Dadaşovun “Rahab rəngi”, Rauf Məmmədovun “Yaşa mənim xalqım”, Emin Sabitoğlunun “Nə gözəldir Azərbaycan”, Üzeyir Hacibəylinin “Ey, Vətən” kimi musiqi inciləri tamaşaçıların zövqünə oxşayıblar.

Konsert proqramında Gəncə Musiqi Kollecinin müəllim və tələbələri də çıxış ediblər.


45744
56665
798995