Xəbərlər

Ana səhifə » Mədəniyyət » AMEA Gəncə Bölməsində dəyirmi masa:”Azərbaycan dilinin saflığının qorunması”

AMEA Gəncə Bölməsində dəyirmi masa:”Azərbaycan dilinin saflığının qorunması”

78945

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Prezident cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilib.

AMEA Gəncə Bölməsinin sədri, əməkdar elm xadimi, akademik Fuad Əliyev tədbiri açaraq, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin ən mühüm istiqamətlərindən birinin ana dilimizin qorunması, tədqiqi və təbliği olduğunu bildirib. Akademik vurğulayıb ki, dahi öndərimiz hələ 1978-ci ildə Azərbaycan konstitusiyası qəbul ediləndə orada ilk dəfə olaraq ana dilimizin dövlət səviyyəsində təsbit edilməsinə nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərimizin dövlətçilik amallarına sadiq qalaraq ana dilimizin saflığının qorunması, onun elmi əsaslarla tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı qərar və sərəncamlar imzalamışdır. Ölkə Prezidenti alimlərlə görüşlərində daim dilimizin qorunması, zənginləşdirilməsi işinin düzgün təşkili ilə bağlı dəyərli tövsiyələr verir. Cənab İlham Əliyevin bu ilin noyabr ayının 1-də imzaladığı Fərman isə Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşımıza daha məsuliyyətli vəzifələr qoyur.

Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli, Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov, Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ruziyə Quliyeva, elmi katib Mətanət Əliyeva, gənc tədqiqatçılar Təranə Verdiyeva, Günay Cəfərova və digərləri çıxışlar edərək, mövzunun aktuallığını ön plana çəkib, qloballaşma dövründə dilə yad elementlərin daxil olduğunu söyləyib və bu inteqrasiya prosesində ana dilimizin daxili saflığı, müstəqilliyi və milliliyinin qorunmasının zəruriliyini vurğulayıblar.

Daha sonra dilin qorunmasında önəmli olan faktorlardan, dilin zənginləşməsi prosesindən, ədəbi dilin normalarının pozulmasından söz açılıb, dili xalqın ən böyük sərvəti kimi qiymətləndirib və onu qorumağın hər bir vətəndaşın mənəvi borcu olduğu bildirilib. Ana dilinə sevginin beşikdən, laylalarımızdan başladığını qeyd edilərək təkliflər səsləndirib.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.


45623312 2308336942787939 7013771548163047424 N
45585051 196597281260379 4461943791833579520 N