Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » YAP Gəncə şəhər təşkilatında Dirçəliş Günü ilə bağlı tədbir keçirilib

YAP Gəncə şəhər təşkilatında Dirçəliş Günü ilə bağlı tədbir keçirilib

46495586 617836415298780 1605934219534532608 N

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında 17 noyabr – Milli Dirçəliş Günü ilə bağlı tədbir təşkil edilib. Partiya fəallarının, ziyalıların və gənclərin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təşkilatın İdeoloji şöbəsinin müdiri Hüseyn Budaqov tədbiri giriş sözü ilə açaraq, Milli Dirçəliş Gününün tarixinə nəzər salıb, əlamətdar günün əhəmiyyətindən danışıb. Bildirilib ki, Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının meydanlarda öz haqq səsini, azadlıq səsini ucaltdığı 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd edilməkdədir.

Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazandığını vurğulayan Hüseyn Budaqov bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs miras qoyduğunu bildirib.

ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov meydan hərəkatının azad Azərbaycan uğrunda savaşın təməlinin qoyulması və bu hərəkatda əsas qüvvənin gənclər olduğunu vurğulayıb. Qeyd edib ki, xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə əmin-amanlıq yarandı, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.

YAP GDU ərazi ilk partiya təşkilatının sədri, dosent Cavid Bağırzadə tarixi reallıqların bu gün xalqımızın şərəfli salnaməsinə çevrildiyindən danışaraq, qeyd edib ki, Xalq hərəkatının başlanğıcı olan 17 noyabr hadisələri 1991-ci ilin 18 oktyabr – Azərbaycan müstəqilliyinə təkan verdi. 1995-ci ildə yeni Konstitusiyamız təsdiq edildi. Beləliklə 17 noyabr günü müasir Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi həkk olundu.

YAP 22 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Şəmsiyyə Rüstəmova çıxış edərək, xalqımızın istiqlal mücadiləsinin bu gün bəhrəsini gördüyünü və sonsuz qürur hissi keçirdiyini bildirib:” Ulu öndər Heydər Əliyevin özü qədər inandığı Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan gündən-günə qüdrətlənir, güclənir və dünya miqyasında nüfuzunu daha da yüksəldir”.

Tədbir iştirakçıların tarixi məlumatlara əsaslanan çıxışları ilə davam edib. Natiqlər ölkəmizin parlaq gələcəyi, firavan həyatı naminə ölkə Başçısı cənab İlham Əliyevin ətrafında daim sıx birlik nümayiş etdirəcəklərini bəyan ediblər.


95354
46491519 188577692076344 7041468701333258240 N
46292226 262901281083707 943774326916644864 N
46450967 269544220415925 3542128300027543552 N
46480474 2191360237852185 7745332468697268224 N