Xəbərlər

Ana səhifə » İcra Hakimiyyətinin Başcısı » Niyazi Bayramov vətəndaşların növbəti qəbulunu keçirib

Niyazi Bayramov vətəndaşların növbəti qəbulunu keçirib

Screenshot 2 1

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayətlərini dinləyib. Bu dəfəki vətəndaş qəbulunda 50-ə yaxın sakinin müraciətinə baxılıb. Onlar arasında işlə təminat, çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, fərdi yaşayış evinin təmiri, qaz, işıq və su ilə bağlı olan məsələlər üstünlük təşkil edib.

Müraciətlərə cavab olaraq bildirilib ki, Gəncənin Məhsəti qəsəbəsi və Sevil Qazıyeva küçəsində olan mavi yanacaq problemi yaxın zamanda aradan qaldırılacaq. Bununla yanaşı ilkin mərhələdə asfaltlanması nəzərdə tutulmayan şəhər yollarındakı çalaların təmir olunması istiqamətinə aidiyyatı üzrə göstəriş verilib.

Səslənən bir çox müraciətlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.


46158984 311953052973069 5550043833238028288 N
46123715 176313833317970 3549033941719580672 N
46176186 1748439948599819 1448052776511733760 N