Xəbərlər

Ana səhifə » Təhsil » Niyazi Bayramov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüşüb

Niyazi Bayramov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüşüb

3214

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncədən olan iştirakçıları ilə görüşüb.

Görüşdə  şagirdlərlə səmimi söhbət edən Niyazi Bayramov bildirib ki, ölkə Başçısı, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrininöyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tur-aksiya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə səfər edən məktəblilər eyni zamanda müstəqillik illərində qazanılan nailiyyətlərlə yaxından tanış olmaq imkanı əldə edirlər.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov qeyd edib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası vasitəsilə şagirdlər məktəbdə qazandıqları nəzəri bilikləri möhkəmləndirəcəklər. Bu səfər məktəblilərin dünya görüşünün artmasına, onların fərd olaraq inkişafına kömək edəcək, mənəvi zənginliyini artıracaq.

Orta məktəb şagirdləri çıxış edərək, maariflənfdirici tur-aksiyasında iştirak etdikləri üçün  məmnunluq ifadə ediblər. Onlar yaradılan bu şəraitə görə ölkə Prezidentinə və şəhər rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 40 şagirddən ibarət qrup “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Masallı, Lənkəran  və Astara, rayonlarına səfər edəcək. Şagirdlər tur-aksiya çərçivəsində Cənub bölgəsinin tarixi, adət-ənənələri ilə tanış olacaqlar. Bununla yanaşı onlar səfər etdikləri rayonlarda təşkil olunan intellektual yarışlara qatılacaqlar.


46235681 352860208617039 579461358190329856 N
46165572 376640036236020 3956722515312640000 N
46261441 356514065100554 1098788067520544768 N
46171871 316053262315173 5859944350917591040 N